22 milyona aldığı futbolçunu heyətə daxil etmədi   - Maraqlı səbəb

saytların hazırlanması

Evə çatdırılma

22 milyona aldığı futbolçunu heyətə daxil etmədi - Maraqlı səbəb

İdman

04 Fevral 2021 12:56 777


"Ayaks" hücumçu Sebastyan Alleni Avropa Liqası matçlarında iştirak etmək üçün iştirak ərizəsinə səhvən daxil etməyib.

Yenisabah.az BBC-yə istinadən xəbər verir ki, Niderland təmsilçisinin fevralın 2-i 26 yaşlı oyunçunun olmadığı 25 futbolçunun siyahısını UEFA-ya göndərib. Bildirilib ki, "Ayaks" Niderland Futbol Federasiyası və UEFA-dakı səhvi aradan qaldırmaq üçün çalışır.

Qeyd edək ki, Alle yanvarda 22.5  milyon avroya "Vest Hem"dən "Ayaks"a transfer olunub. Bu transfer klubun tarixində ən bahalı olub. Marqarita pizza

Fildişi sahilli oyunçu Niderland təmsilçisində meydana çıxdığı 7 oyunda 2 qol və 4 qolun ötürməsini verib.

Qeyd edək ki, "Ayaks" Avropa Liqasının 1/16 finalında "Lill"lə qarşılaşacaq. İlk oyun 18 fevralda, ikinci görüş 25 fevralda olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!