220 saylı məktəb-liseydə qalmaqal –   BŞTİ araşdırmaya başladı

saytların hazırlanması

Evə çatdırılma

220 saylı məktəb-liseydə qalmaqal – BŞTİ araşdırmaya başladı

Sosial

23 Sentyabr 2025 10:16 18838


Bakı Şəhəri Nizami rayonu Elşən Süleymanov 92 ünvanında yerləşən 220 saylı məktəb-liseydə baş verən özbaşınalıq halları ilə bağlı məlumat vermişdik.

Yenisabah.az məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışdı.

Sorğumuza cavab olaraq bildirilib ki, baş verən hallarla bağlı müvafiq tədbirlər görüləcək. pizza hut

BŞTİ-nin məlumatı:

"Paytaxtdakı 220 məktəb-liseydə vəsait toplanması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elmira
    Mənim övladım bu məktəbi bitirib. Oxuduğu 4 il ərzində məndən 1 qəpik belə istəyən olmadı. Hətta pulsuz məktəb layihəsində qalib olub 10 şagirdlə Amerikaya göndərildi. Bir-iki üzdəniraq müəllim əgər varsa da məktəb haqqında pis rəy verməyin. Çox savadlı şagirdlər yetişdirib bu məktəb. Niyə yaxsını qoyub tez nəsə pis axtarırsınız. Bu il verilən 3-5 kağız və marketə aldanmayın.
    8 months ago
  • Aynur
    Salam.menim iki ovladim o mektebde oxuyur biri 8 digeri 5 men hele o mektebde kimese 1 manat bele vermemisem kimse meni mecbur elemir yalan yalnis subutsuz danisnaq olmaz. A4bkagizdir markerdir bular ciliz bir meselelere gore bu boyda şişirtmek olmaz.
    8 months ago
  • Elnur
    Tehsil sistemin mehf eledi bu nazir. Litsey gimnazya imtahanlarinin cavablarin satan adamdi bu.Direktorlari pul alir qoyur nece yigmasin direktor yaziq ? Ona gore cox wey goreceysiz
    8 months ago
  • Şükür Məmmədov
    Оd olmasa tüstü çıxmaz. Yəqin ki var,ona görə deyirlər.
    8 months ago
  • İlkin
    Salam. Bu məktəb məni lap boğaza yığıb. Sözün əsil mənasında kimə şikayət edim bilmirəm. Bu məktəbdə üç uşağım oxuyur sözün əsil mənasında qaraçılıq nədir gördüm mən. Müəllimlərdən bəziləri çox əlaqəsiz və dəxlisiz şeylərə pul yığmaqdan bezdirib bizi. Müəllimlər günü,fənn müəllimləri ayrı,bayramlar,ad günləri və s. Müəllimlər valideyin komitəsi sədri seçirlər onlar da gəlib valideyn qrupunda pul tələb edirlər. Artıq o həddə çatmışam ki 10 qəpik də istəyəndə qıcıq oluram. Bilmirəm dövlət məktəbidir yoxsa xaricdə ödənişli onuversitət.
    8 months ago
  • Elvin
    Her mektebde vae ele hadise yalandan demeyin yoxdu.menim de qizim oxidigu mektebde yigirlar ne az ne cox 20manatdan 20manata ne fonddu o 500-600pul edir bir sinif menim bawim cixmir dovlet hara baxir
    8 months ago
  • Gulnar
    Salam menim de qizim hemin mektebin 7y sinfinde oxuyur.Ele bir vesaitin toplanmasini ewitmemiwem.
    8 months ago
  • Ulker Qarayeva
    Menim usaqlarım orda oxuyur ele bir hal yoxdu qeti. Yalan melumatdı bu
    8 months ago