23 yaşlı gənc qonaq getdiyi evin hamamında faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

23 yaşlı gənc qonaq getdiyi evin hamamında faciəli şəkildə öldü

Hadisə

03 Aprel 2025 01:24 510


Şəmkir rayonunda yanıq xəsarətləri alan şəxs vəfat edib.

Yenisabah.az "Teleqraf"a istinadən xəbər verir ki, martın 21-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Tovuz rayon sakini, 23 yaşlı Namiq Fazil oğlu Yusifov (2002) ölüb.

Qeyd edək ki, hadisə Şəmkir rayonunun Tatarlı kəndində baş verib. Tanışının evinə qonaq gələn şəxs fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobada baş vermiş ani alışma səbəbindən yanıq xəsarətləri alıb. Yaralı ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına oradan isə Bakı şəhərindəki tibb müəssisələrindən birinə yerləşdirilib. pizza sifarişi

Şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

O, yerləşdirildiyi xəstəxanada vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!