24 azərbaycanlı əsir və girovluqdan azad edilib

saytların hazırlanması

Evə çatdırılma

24 azərbaycanlı əsir və girovluqdan azad edilib

Maraqlı

07 İyul 2022 18:01 1046


Vətən müharibəsindən sonra 24 nəfər (18 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşı əsir və girovluqdan azad edilib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanmış şəxslər olub. Beləliklə, Vətən müharibəsi və sonrakı dövrdə 19 nəfər (1 nəfər mülki, 17 hərbçi) əsir və girovluqdan azad edilib. Toyuqlu pizza

Məlumatda bildirilib ki, Vətən müharibəsində itkin düşmüş şəxslərin sayı 6 nəfərdir, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yenilənmiş saytında məlumat qeyd edilmişdi. Komissiyanın saytı müasir çağırışları nəzərə alaraq yenilənib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!