2400-dək məktəbdə dizenfeksiya işləri aparıldı

saytların hazırlanması

Evə çatdırılma

2400-dək məktəbdə dizenfeksiya işləri aparıldı

Sosial

03 Mart 2020 22:42 629


"İndiyədək Azərbaycanın bütün coğrafiyası boyu 2400-dək ümumtəhsil məktəbində dizenfeksiya işləri aparılıb". "Yeni Sabah" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, qeyd edib ki, proses davam edəcək: "Bu proses növbəti 5-6 gün ərzində bağçalardan tutmuş universitetlərədək bütün təhsil müəssisələrini əhatə edəcək" Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Tədris fasiləsindən sonra ilk dərs günü martın 10-u müəyyən edilib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!