25 noyabr: Tarixdə necə qalıb?

saytların hazırlanması

Evə çatdırılma

25 noyabr: Tarixdə necə qalıb?

Maraqlı

25 Noyabr 2020 09:58 1463


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az noyabrın 25-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1917 - Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilib, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala biliblər. pizza mizza

1936 - Almaniya və Yaponiya "Antikomintern paktı"nı imzalayıblar.

1972 - Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınıb.

1973 - Dövlət çevrilişi nəticəsində Yunanıstanın baş naziri Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılıb.

1977 - BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul edib.

1991 - Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olub.

1992 - Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanıb.

1997 - Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanıb.

2000 - Abşeron yarımadasında güclü zəlzələ baş verib, nəticədə köhnə tikililər ciddi xəsarət alıblar.

2008 - Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!