“250 manat maaş alır, amma...”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“250 manat maaş alır, amma...” - Deputat

Sosial

16 Mart 2020 14:21 998


Bu gün bəzi insanların rəsmi iş yerləri olmadığına görə, onlar bəzi məsələlərdə problemlər yaşayırlar.

Yenisabah.az-ın məlumatına görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir. pizza sifarişi

“Məcburi ödənişlərlə minimum əmək haqqı arasındakı fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə də, “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilsin”,-deyə Vüqar Bayramov bildirib.

Vüqar Bayramov məcbur köçkünlərlə bağlı da məsələ qaldırıb. O söyləyib ki, məcburi köçkünlərə kompensasiya verilməsi ilə bağlı problemlər mövcuddur. Deputat onu da əlavə edib ki, gəlirlərin deklarasiyası haqqında da qanun layihəsi hazırlanmalıdır. (Modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!