“260 manat pensiya alıram, buna da şükür” - Yusif Mustafayev

saytların hazırlanması

Evə çatdırılma

“260 manat pensiya alıram, buna da şükür” - Yusif Mustafayev

Şou

16 Sentyabr 2021 20:28 910


“Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur”.

Yenisabah.az xəbər verir ki, bunu Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:

“Məhərrəmlikdən əvvəl bir-iki toya dəvət aldım. Arada dəvət edirlər, daha bizim o yaşımız deyil. Ağ saçlı adamam, əvvəlki kimi cavan olsaydım, toylara da dəvət alardım. İndi çağırmırlar, evdəyik, heç çətinliyim yoxdur. Allah dövlətimizi, xalqımızı var eləsin, balalarım işləyir, mən də 260 manat pensiya alıram, dolanırıq, buna da şükür”./Qaynarinfo Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!