28 aprel: Azərbaycanın bu bölgəsinə qar yağır   -  VİDEO

saytların hazırlanması

Evə çatdırılma

28 aprel: Azərbaycanın bu bölgəsinə qar yağır - VİDEO

Sosial

28 Aprel 2025 09:45 721


Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır.

Yenisabah.az xəbər verir ki, düşən yağıntının miqdarı Quba və Qusarda 10, Xaltanda 5, Şəki, Qrız və Şabranda 4, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Qax, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad, Cəlilabad, Neftçala, Kəlbəcər, Laçın, Şuşa, Xankəndidə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 22, Neftçalada 20, Göyçay və Bərdədə 16 m/s-yə çatır. Dördpendirli pizza

Dənizdə dalğanın hündürlüyü 3.4 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 15, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 8 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!