“28 Mall”da zibil qalmaqalı: Şikayət dərhal nəticə verdi -   FOTO+VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“28 Mall”da zibil qalmaqalı: Şikayət dərhal nəticə verdi - FOTO+VİDEO

Sosial

11 Oktyabr 2025 09:50 393


Bakının mərkəzində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında qoyulan zibil qabları dolsa da vaxtında boşaldılmır və nəticədə ərazini tullantı basır, ətrafa üfunət iyi yayılır.   

“Yeni Sabah”ın redaksiyasına göndərilən videogörüntülər də bunu təsdiqləyir.

Görüntülərdən məlum olur ki, zibil qabları tamamilə dolub, tullantılar yerə dağılıb və uzun müddətdir təmizlənmir. Dominos pizza

Vətəndaşlar bildiriblər ki, ərazidə təmizlik işlərinin vaxtında aparılmaması həm antisanitar vəziyyət yaradır, həm də paytaxtın mərkəzinə yaraşmayan mənzərədir.

Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrufat Birliyindən “Yeni Sabah” bildirilib ki, vətəndaşların müraciətindən dərhal sonra əraziyə təmizlik briqadası göndərilib.

Məlumata görə, zibil qabları boşaldılıb, ətraf ərazi tam şəkildə təmizlənib və yuyulub. Hazırda ərazidə sanitar vəziyyət bərpa olunub.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!