“28 May”da soyğunçuluq edən şəxs yaxalandı - Video

saytların hazırlanması

Evə çatdırılma

“28 May”da soyğunçuluq edən şəxs yaxalandı - Video

Kriminal

27 İyul 2022 18:19 1214


Paytaxt ərazisində metronun “28 May” stansiyasının yaxınlığında vətəndaş Elbrus Umudova qarşı soyğunçuluq edilib.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, naməlum şəxs onun içərisində 23 min manat olan çantasını soyğunçuluq yolu ilə əldə edərək hadisə yerindən qaçıb.

Zərərçəkən hadisə barədə polisə məlumat verən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Marqarita pizza

Hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Abbas Əkbərov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin bir hissəsi və 3 büküm şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Abbas Əkbərovun soyğuçuluq edəndən sonra hadisə yerindən yayınması ərazidə olan təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!