Tarixdə bu gün hansı hadisələr baş verib?
Yenisabah.az yanvarın 28-də baş verən ən mühüm hadisələrin xronlogiyasını təqdim edir:
1958 - Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub. pizza
1965 - Kanada bayrağının dizaynı parlament aktı ilə qəbul edilib.
1982 - Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA tərəfindən qətlə yetirilib.
1986 - Göyərtəsində 7 astronavt olan "Challenger" kosmik gəmisinin startdan 73 saniyə sonra 14 km yüksəklikdə partlaması nəticəsində bütün heyət üzvləri həlak olub.
1992 - "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vuruldu, çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub.
2002 - Ekvadorun TAME hava yolu şirkətinə aid Boeing 727-100 təyyarəsinin And dağlarına çırpılması nəticəsində 92 nəfər həlak olub.
Telegram kanalımız