28 yaşında karyerasını bitirən azərbaycanlı futbolçu Rəşad Sadıqovun köməkçisi oldu

saytların hazırlanması

Evə çatdırılma

28 yaşında karyerasını bitirən azərbaycanlı futbolçu Rəşad Sadıqovun köməkçisi oldu

İdman

19 İyul 2020 17:28 1113


“Zirə” PFK-nın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərinin adına aydınlıq gəlib.

Yenisabah.az xəbər verir ki, bundan sonra makedoniyalı Borçe Xristov, Eltun Yaqublu və Nəriman Hüseynov əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Bundan başqa, komanda yeni futbolçularla müqavilə bağlayıb. Qəsəbə komandası Şəhriyar Rəhimov və Ruslan Qurbanovla iki, Rəşad Əzizli və Tural Bayramlı ilə isə bir illik müqavilə imzalayıb. Marqarita pizza

Qeyd edək ki, məşçilərdən Eltun Yaqublu, futbolçulardan Şəhriyar Rəhimov ötən mövsüm “Səbail”də oynayıb. Ruslan Qurbanov isə “Keşlə”nin futbolçusu olub.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!