28 yaşlı oğlan dəm qazından boğuldu

saytların hazırlanması

Evə çatdırılma

28 yaşlı oğlan dəm qazından boğuldu

Hadisə

22 Yanvar 2020 07:47 1574


Masallıda dəm qazından boğulma hadisəsi baş verib.

"Yeni Sabah"ın məlumatına görə, hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Fuad Bağışov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Hadisə yerinə baxış keçirilib, meyit müayinə edilib, həmçinin digər zəruri istintaq hərəkətləri aparılıb.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. /APA pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!