282 hüquq pozuntusu aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

282 hüquq pozuntusu aşkarlanıb

Sosial

18 İyul 2019 14:03 1276


2019-cu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı  282 hüquq pozuntusu aşkar edib.  

Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Yeni Sabah”a daxil olan məlumata görə, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. 

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!