29 partiya MSK-ya hesabat vermədi

saytların hazırlanması

Evə çatdırılma

29 partiya MSK-ya hesabat vermədi

Siyasət

02 Aprel 2019 14:59 928


Azərbaycan qanunvericiliyi siyasi partiyaların illik maliyyə hesabatlarının aprel ayının 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini nəzərdə tutur. 

“Yeni Sabah”ın məlumatına görə, bu günədək 55 rəsmi siyasi partiyadan 26-sı 2018-ci il üzrə hesabat verib. Bunlar Yeni Azərbaycan Partiyası,  Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, “Birlik” Partiyası, Azərbaycan Liberal Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kommunist Partiyası, “Azərbaycan Mübarizləri” Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Xalq Partiyası, Milli Konqres Partiyası, “Ədalət” Partiyası, “Milli Vəhdət” Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası,  “Qorqud” Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.

Yeni Azərbaycan Partiyasının hesabatına görə, ötən il qurumun 9 milyon 413 min manat gəliri olub. Parlamentdə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının gəliri 135,7 min manat; Böyük Quruluş Partiyasının gəliri 118,3 min manat; Demokratik Maarifçilik Partiyasının gəliri 117,9 min manat; Sosial Demokrat Partiyasının və Milli Dirçəliş Hərəkatı Partiyasının gəlirləri 117,8 min manat göstərilib. Dominos pizza

Hazırda 29 partiya hesabatı MSK-ya təqdim etməyib.Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!