29 yaşlı oğlanın dəm qazından boğulmasının TƏFƏRRÜATI

saytların hazırlanması

Evə çatdırılma

29 yaşlı oğlanın dəm qazından boğulmasının TƏFƏRRÜATI

Hadisə

20 Noyabr 2024 23:43 1187


Biləsuvar rayonunda 29 yaşlı oğlanın dəm qazından boğulmasının təfərrüatı məlum olub.

"Unikal"ın məlumatına görə, bədbəxt hadisə Biləsuvar rayonunun Ovçubərə kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Rəşad Əlibala oğlu İbabəyli yaşadığı evdə dəm qazından boğularaq ölüb. Pepperoni pizza

Onun ölümünə səbəb qaz sobasının borusunda quşların yuva qurması olduğu bildirilir. Məlumata görə, mərhum subay olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!