3 avtomat, 4 qumbara, 19 tüfəng... - Vətəndaşlar tərksilah olunur 

saytların hazırlanması

Evə çatdırılma

3 avtomat, 4 qumbara, 19 tüfəng... - Vətəndaşlar tərksilah olunur 

Hadisə

10 Yanvar 2024 09:45 318


Polis əməkdaşları ötən gün paytaxt Bakıda və ölkənin ayrı-ayrı rayonlarında vətəndaşlardan 3 avtomat, 4 qumbara, 19 tüfəng götürüb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bundan başqa vətəndaşlarda 3 alışdırıcı, 2 patron darağı və 715 ədəd müxtəlif çaplı patron aşkarlanıb.  Marqarita pizza

Həmçinin, yanvarın 9-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 ədəd qumbara, 2 alışdırıcı, 10 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 103 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!