3-cü doza vaksin pasportu satan tibb işçisi ifşa edildi

saytların hazırlanması

Evə çatdırılma

3-cü doza vaksin pasportu satan tibb işçisi ifşa edildi

Kriminal

29 Dekabr 2021 13:57 1025


Qobustan rayonunda saxta COVID-19 pasportu satan tibb işçisi ifşa edilib.

Yenisabah.az xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, rayonun Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə “COVID-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Məntəqədə tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən kənddə yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə cinayət işi başlanıb. pizza mizza

İstintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!