“Azəri qızı” ləqəbi ilə tanınan müğənni Günel Zeynallı ailə qurmağı ilə bağlı ünvanlanan suallara sərt cavab verib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında izləyicilərinin suallarını cavablayan 35 yaşlı sənətçi ondan niyə evlənmədiyini soruşanlara cavab verib:
“Hər kəs məndən soruşur ki, siz Ağdam alındıqdan sonra ailə quracağınızı demisiniz. Bu, qismətdir və inşallah qarşıma həyatımı birləşdirəcək insan çıxsa, evlənəcəm. Fikirləşirəm ki, evlənmək xətrinə evlənmək olmaz. Məncə, insan sevib, ailə qurmalıdır. İnşallah, qismət nə zaman olacaqsa, onda da ailə quracağam. Mənim subay olmağım sizi niyə narahat edir?! Məndən nə istəyirsiniz? Ürəyim nə vaxt istəsə, o vaxt da evlənəcəyəm”. pizza sifarişi
Qeyd edək ki, sənətçinin ilk nişanlısı Türkiyədə yaşayan əslən azərbaycanlı iş adamı olan Rza Zərrab olub. İş adamı müsahibələrinin birində Günelin onu aldatdığı üçün ayrıldığını bildirib.
O, ikinci dəfə türkiyəli iş adamı İnanc Başəyməzlə nişanlı olub. Cütlük 2011-ci ildə nişanlansa da, 2015-ci ildə yollarını ayırıb.
İki dəfə uğursuz nişanlılıq keçirən Günel sonuncu dəfə türkiyəli iş adamı Cem Ozan Torunlar adlı şəxslə ailə həyatı qurmağa hazırlaşsa da onunla da münasibəti alınmayıb.
Telegram kanalımız