3 dövlət qurumu Ağdamda mina partlayışına dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

3 dövlət qurumu Ağdamda mina partlayışına dair məlumat yaydı

Hadisə

14 Fevral 2025 12:15 277


Baş Prokurorluq, DİN və ANAMA-nın mətbuat xidmətləri birgə məlumat verir yayıb.

Yenisabah.az xəbər verir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşmüş, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnmiş, hadisə nəticəsində xəsarət alan olmamışdır. Marqarita pizza

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!