3 günlük körpəsini zibilə atdı   - Kamera görüntüləri həqiqəti üzə çıxardı

saytların hazırlanması

Evə çatdırılma

3 günlük körpəsini zibilə atdı - Kamera görüntüləri həqiqəti üzə çıxardı

Dünya

03 İyul 2025 15:51 437


İstanbulun Şişli rayonunda insanı dəhşətə gətirən hadisə baş verib. 3 günlük körpə zibil konteynerində tapılıb. Hadisə yerinə cəlb olunan polis və təcili yardım əməkdaşları körpəni dərhal xəstəxanaya çatdırıblar.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxınlıqda yerləşən binanın kameralarına əsasən, körpənin ana tərəfindən atıldığı ehtimal edilir. Polis qadını qısa zamanda saxlayıb. İlkin məlumata görə, ana psixoloji problemlər səbəbindən bu addımı atıb.

Körpənin vəziyyətinin yaxşı olduğu bildirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları qadının ifadəsini alaraq hadisənin bütün təfərrüatlarını aydınlaşdırmağa çalışır. Pepperoni pizza

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!