3 nəfər azərbaycanlı Gürcüstanda deputat seçildi

saytların hazırlanması

Evə çatdırılma

3 nəfər azərbaycanlı Gürcüstanda deputat seçildi

Siyasət

02 Noyabr 2020 18:05 1620


Noyabrın 1-də Gürcüstanda növbəti parlament seçkiləri keçirilib. Seçkilərə müxalifətin Vahid Milli Hərəkat Partiyasından qatılan azərbaycanlı deputat Azər Süleymanov az səs toplayaraq bu dəfə parlamentdən kənarda qalıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a danışan sabiq deputat Azər Süleymanov seçkilərin nəticələrini tanımadığını bildirib:

“Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir. Ancaq biz müxalifət nümayəndələri ikinci tura qatılmayacağıq. Seçkilərin nəticələri tam olaraq ləğv edilməlidir”. Dominos pizza

Azər Süleymanov onun yerinə seçilən namizəddən də söz açıb:

“Parlament seçkilərində mənimlə mübarizə aparan “Gürcü arzusu” partiyasından Zaur Darğallı idi. O seçilib”.

Qeyd edək ki, parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib. Zaur Darğallı, Savalan Mirzəyev və Abdulla İsmayılov.

İndiyə kimi Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar Azər Süleymanov, Ruslan Hacıyev və Mahir Dərziyev bu dəfə mandat ala bilməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!