Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Konfransının 108-ci sessiyası çərçivəsində İran İslam Respublikasının Kooperativlər, Əmək və Sosial Rifah naziri Məhəmməd Şariatmadari və İndoneziya Respublikasının İşçi Qüvvəsi naziri Muhammad Hanif Dhakiri ilə görüşüb.
“Yeni Sabah” xəbər verir ki, görüşlərdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.
S.Babayev Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizdə sosial sahədə aparılan islahatlar, rifah halının yaxşılaşdırılması sahəsində atılan addımlar barədə məlumat verib. pizza hut
O, ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2013-cü ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Prezident cənab İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib. Ötən dövrdə həmin Mərkəzin təsis olunması üçün müvafiq işlər aparılıb.
Hər iki görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasının əlaqələrin genişlənməsində mühüm rol oynayacağına dair yekdil fikir ifadə olunub.
Telegram kanalımız