İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistan Baş naziri Nikol Paşinyanın İran, Ermənistan və Rusiya arasında ümumi dəmir yolu tikintisi ilə bağlı təklifinə münasibət bildirib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, XİN sözçüsü bununla bağlı deyib:
"Qonşu dövlətlərlə münasibətlər, artıq elan olunduğu kimi, yeni administrasiyanın prioriteti olacaq. 13-cü hökumətlə bağlı bu məsələ həm parlamentdə, həm də andiçmə mərasimində, daha sonra isə yeni xarici işlər naziri tərəfindən qaldırılıb". Sezar pizza
Səid Xətibzadə bütün qonşu ölkələrlə balanslı münasibətlərin qurulması, bölgənin bütün ölkələrinin iştirakı ilə qarşılıqlı fayda, sabitlik və tərəqqiyə naminə səy göstəriləcəyini açıqlayıb.
O əlavə edib: "Ermənistanla əlaqələr bu çərçivədə gündəmdədir və İranın qonşuluğundakı digər ölkələrlə də bu yöndə işlər davam edir. İnşallah yaxın 6 ayda xarici siyasətin əsas istiqamətləri barədə ətraflı hesabat açıqlanacaq".
Xatırladaq ki, bu yaxınlarda Gürcüstanda rəsmi səfərdə olmuş Ermənistan Baş naziri üç ölkənin vahid dəmir yolu xətti yaratması təklifi ilə çıxış edib.
Telegram kanalımız