3 rayonda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

3 rayonda qaz olmayacaq

Sosial

29 Oktyabr 2019 07:40 952


Oktyabrın 29-da Zaqatala rayonu, Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 mm olan orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq. 

“Yeni Sabah” xəbər verir ki, Kürdəmir rayonunda isə diametri 219 mm olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək. 

Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!