“30 il Qarabağsız yaşayan xalq koronavirusa dözə bilər“   - Murad Arif

saytların hazırlanması

Evə çatdırılma

“30 il Qarabağsız yaşayan xalq koronavirusa dözə bilər“ - Murad Arif

Şou

11 Dekabr 2020 13:18 1238


“Güman edirəm ki, 30 il Vətənsiz, torpaqsız, Qarabağsız yaşayan xalq, heç olmasa bir neçə ay koronavirus məhdudiyyətlərinə dözə bilər”.

Bu sözləri Yenisabah.az-a bəstəkar, müğənni Murad Arif son günlər koronavirusa yoluxma sayının artması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, əgər müməyyən qadağa və məhdudiyyətlər olmasa, yoluxma sayı daha da artacaq. Sənətçi xalqı bir az səbrli olmağa səsləyib:

“Düzü, mən infeksionist, virusoloq deyiləm ki, koronavirusla bağlı xalqa məsləhət verim, lakin  bir sənətçi olaraq insanlara onu tövsiyyə edirəm ki, əziz xalqım, bizim Vətənimiz son vaxtlar nə qədər qurban verdi, neçə-neçə oğulumuz şəhid oldu, qazilərimiz var. Biz Qarabağı qaytardıq, artıq zəfər çalmış qalib bir ölkəyik. Bu elə bir yük, elə bir daş idi ki, 30 ildir sinəmizdən qoparıb ata bilmirdik. 30 ilin mücadiləsinə sinə gərən bir xalqıq. Proqnozlara görə bu virus da 1-2 ilin azarı, çətinliyi, sınağıdır. Güman edirəm ki, 30 il Vətənsiz , torpaqsız, Qarabağsız yaşayan xalq, heç olmasa bir neçə ay bu məhdudiyyətlərə dözə bilər. Mən tariximizin şərəfli bir hissəsinə diqqət yetirməyinizi istərdim. Nə qədər çətin, qayğılı olsa da, kimlərəsə verilən müavinətlər az olsa da, çatmasa da bir az səbr etməliyik. Hazırda hamımız sınaq içindəyik və bütün bunlara rəğmən gəlin, azca da səbrli olaq. Çünki xalq olaraq, millət olaraq 2020-ci ildə səbrimizin müjdələnməsinin şahidi olduq. 30 il Qarabağsız dözdük və sonda haqq qalib gəldi, Azərbaycan zəfər çaldı. Gəlin elə edək ki, bir neçə aylıq profilaktik tədbirlərlə virusa da qalib gələk və artıq müzəffər ölkə kimi  normal həyat rejimimizə qayıdaq. Mən əminəm ki, bu daha asan dəf olunan çətinlikdir. Əminəm ki, biz bunun həllini Qarabağ problemi kimi uzun illər gözləməyəcəyik. Bunun həlli özümüzdən asılıdır, bizim əlimizdədir, sadəcə bir az səbr və diqqətli olmaq bizdən tələb olunur. İnanıram ki, hər şey yaxşı olacaq”.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!