30 il sonra Qarabağda tonqal qalandı

30 il sonra Qarabağda tonqal qalandı

Maraqlı Veb saytların hazırlanması

26 Mart 2023 15:45 642


Novruz bayramı Azərbaycanın ən qədim bayramlardan biridir. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərbaycanlılarda yazın gəlişini, təbiətin oyanışınını, yeni ilin başlanğıcı kimi qeyd etmiş,  şənliklər keçirmişlər. Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu səbəbdən, Novruz bayramını əcdadlarımızın yeni nəsillərə əmanət etdiyi  müqəddəs miraslardan hesab etmək olar. 

Hələ ulu ondər Heydər Əliyevin hakimiyyəti dövlərində Heydər Əliyev hər il Novruz bayramında xalqa müraciət edərək Azərbaycan xalqını milli Novruz  bayramı münasibəti ilə təbrik edər, xalqımıza firavan və xoşbəxt həyat diləyərdi. 

Bugün Ulu öndər siyasətini  davam etdirən Ölkə başçısı cənab İlham Əliyev də ənənəyə sadiq qalaraq Novruz Bayramı münasibəti ilə xalqa müracət etmiş, Azərbaycan xalqını Novruz bayramı munasibəti ilə təbrik etmiş,  insanlara bahar əhval ruhiyyəsi, sağlıq və gələcək işlərinizdə uğurlar diləmişdir. Prezident çıxışında Novruz bayramının qədim köklərə bağlı olduğunu bildirmişdir. Novruz bayramının zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyduğunu və tarixi dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etdiyini, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynadığını  qeyd etmişdir. 

Ölkə başçısı xalqa müracətində əvəzedilməz bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramının bu gün də insanlar arasında səmimi münasibətlərə yol açdığını, dostluq, mərhəmə və xeyirxahlıq duyğularını möhkəmləndirilməsinə, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını artırılmasına yönəldiyini qeyd etmişdir. 

Ölkə Prezidenti çıxışında böyük fərəh və sevinc  hissi ilə qeyd etdiki, uzun illərdən sonra yeniden  Novruz tonqalları üçüncü dəfədir ki, doğma Qarabağda, Şuşada qalanır. Bunun bütün Azərbaycan xalqının ən böyük arzusu olduğunu söyləyən ölkə başçısı bu xoşbəxtliyi bizlərə  bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini  hörmətlə yad edərək, buğun o torpaqlara onların canı-qanı bahasına  qazanıldığını söylədi. 

Xatirələrini və adlarını daim minnətdarlıq və qururla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli Qarabaq  torpaqlarında gerçəkləşdirilən və həyata keçirilən genişmiqyaslı layihələr, infrastruktur  quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən çiçəklənən həyat, yaz fəslinin Odlar diyarına bu ilki gəlişinə xüsusi rəng qatdığını qeyd edən Prezident İkinci Qarabağ Müharibəsində Yumruq kimi birləşən xalqa təşəkkürünü çatdırdı. 

Prezident çıxışında  Azərbaycan Ermənistan münasibətlərinə toxunaraq qeyd etdiki, Ermənistan otuz ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış və xalqımıza  qarşı etnik təmizləmə siyasəti aparmışdır. Yüz minlərlə azərbaycanlılar öz doğma dədə baba yurdlarından didərgin salınmış, qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Ermənistan  bir sözlə xalqımıza qarşı  tarixlərə sığışmayan soyqırımı törətmişdir. Bunun böyük bir ədalətsizlik olduğunu qeyd edən ölkə başçısı bunu bir sözlə, hərbi cinayətlər adlandırmışdır. 

Çıxışında beynəlxalq təşkilatlararın xüsusilə də ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyə toxunan cənab Prezident bildirdi ki, otuz ilə yaxın müddətdə bu təşkilatlar münaqişənin həlli üçün heç bir ciddi səy göstərməmişdir. Əsas fəaliyyətləri  məsələni  sadəcə dondurmaq idi. 

Lakin, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan xalqı ordumuzun arxasında  yumruq kimi birləşərək dayaq oldu. Azərbaycan tarixinə qırx dörd günlük müharibə kimi həkk olan  İkinci Qarabaq muharibəsində  mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. İlham Əliyev qeyd etdiki, bu  Azərbaycan tarixinin ən parlaqvə unudulmaz səhifəsidir. Çünki İşğal edilmiş torpaqlarımiz qan tökülərək  azad edildi. 

Prezident qeyd etdiki, əfsuslar olsunki, İkinci Qarabağ müharibəsi Ermənistan üçün  hələdə ibrət dərsi olmayıb. Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Çunki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistan yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Lakin onlar anlamırlar ki, Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz. 

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qeyd etdi ki, otuz il ərzində Ermənistan tərəfindən viran qoyulmuş torpaqlarımızda hazırda abadlıq və quruculuq işləri gedir. İkinci Qarabağ müharibəsi dövründə əsgərlərlərimizin qanı hesabına azad edilmiş Talış kəndi və Suqovuşan qəsəbəsinin strateji əhəmiyyətindən danışan ölkə başçısı qeyd etdiki , Talış kəndinin yenidən qurulmasından çox qısa zaman keçməsinə baxmayaraq artiq Talış kəndində 20 ailə yaşayır və 180 ailədə məskunlaşacaq.  Prezident hazırda Ermənistanda siyası vəziyyətin yaxşı olmadığını, özü üçün ağa axtarışında olduğunu söyləndi. Prezident bütün çıxışlarında olduğu kimi indi də bir daha qeyd etdi ki, Ermənistan Qarabağı Azərbaycan ərzisi kimi tanımalıdır, bizim şərtlərə uyğun delimitasiya və demarkasiya işləri aparılmalıdır. O buna məcburdur. Əksi olduğu təqdirdə biz də onun ərazi bütövlüyünü tanımayacağıq.  

Eyni zamanda, ölkə Prezidenti  çıxışınin sonunda qeyd etdi ki, iki il yarım müddətdir ki, hər bir Azərbaycan xalqı Qarabağımızın azad olmasının qurur hissi ilə yaşayır. Bugün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti və ümumilikdə Azərbaycan xalqı bütün dünyaya dəmir yumruq altında birləşərək ərazii bütövlüyümüzü  bərpa etdi. Bundan sonrada “Qarabağ Azərbaycandır” devizi altında yalnız irəli gedəcəyik... 

Səriyyə Cəfərova

Psixoloq


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!