30 illik deputat Zeynəb Xanlarovadan rüsvayçı etiraf - Video

saytların hazırlanması

Evə çatdırılma

30 illik deputat Zeynəb Xanlarovadan rüsvayçı etiraf - Video

Sosial

20 May 2020 20:33 9686


Eks-deputat Zeynəb Xanlarovanın uşaqpulu verilməsinə qarşı çıxış etməsi barədə ictimaiyyətdə söz-söhbət gəzir.

BAKU.WS xəbər verir ki, altı çağırış Milli Məclisin kürsüsündə əyləşən Xalq artisti Reaksiya TV-yə açıqlamasında məsələyə aydınlıq gətirib:

"Bu məsələ mənim yaralı yerimdir. 30 il Milli Məclisin üzvü olmuşam, gedin araşdırın, əgər mən bu kəlməni demişəmsə, həmin çıxışı tapıb üzə çıxarın. O sözlər mənə aid deyil. Zeynəb xalqın zərərinə olan sözü deməz. Mən deyirəm, uşaq pulunu versinlər, nəinki verilməsin. O barədə heç söhbət olmayıb. Bu barədə Milli Məclisdə müzakirə olmayıb. Bu məsələni heç irəli sürməyiblər ki, Zeynəb də danışsın". Dördpendirli pizza

Qeyd edək ki, uşaqpulu ilə bağlı müzakirələr Milli Məclisdə dəfələrlə müzakirəyə çıxarılıb. Zeynəb Xanlarovanın bu barədə məlumatsız olması absurddur və qəbuledilməzdir. Eks-deputatın bu açıqlaması parlamentdə müzakirəyə çıxarılan məsələlərdən xəbərsiz olması ilə bağlı bir etirafdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!