30 manat yardım kimlərə veriləcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

30 manat yardım kimlərə veriləcək? - AÇIQLAMA

Sosial

18 Noyabr 2025 23:30 34183


3 Dekabr — Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik maliyyə dəstəyi veriləcəyi gözlənilir. Sosial Xidmətlər Agentliyi bununla bağlı ilkin məlumatı ictimaiyyətə təqdim edib. Yardımın məbləğinin 30 manat olacağı bildirilir və müraciətlərin filiallar və elektron poçt vasitəsilə qəbul ediləcəyi qeyd olunur.

"Yeni Sabah" xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov məsələyə münasibət bildirərək qeyd edib ki, bu yardım bütün əlilliyi olan şəxslərə şamil edilmir:

“Bu, əlilliyi olan bütün şəxslərə şamil edilmir, maddi yardıma ehtiyacı olanların kim olduğu qanunvericilikdə göstərilib. Həmin şəxslərin müraciəti əsasında ola bilər ki, onlara birdəfəlik müavinət verilsin. Ölkədə yarım milyona yaxın əlilliyi olan şəxs var, müavinət hamısını əhatə etməyəcək”. pizza mizza

O həmçinin qeyd edib ki, bu cür birdəfəlik müavinətlər hər il verilir və məbləğ ildən-ilə dəyişə bilər:

 “Bu cür birdəfəlik müavinətlər hər il verilir, Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyinin sərəncamı ilə əvvəlcədən müraciət etmiş şəxslərə və ya müəyyən olunmuş şəxslərə bu cür yardımlar edilir. Məbləğ isə ildən ilə dəyişə bilər. Hər halda, məbləğindən asılı olmayaraq, bu, müsbət addımdır. Bu, əlillərə dəstəyin bir formasıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İlkane
    Salam. 2 övladım əlildir biri 1qrup digəri 3 qrup bizə verilmədi səbəbin bilmək olar ? Naxçıvanda əlillərə heç bir köməklik gosderilmir xahiş edirəm bununla bağlı tədbir gorulsun
    4 months ago
  • Qədirova Yazangul
    anam 1ci qrup elildi sənəd verdik bizə duşmedi
    5 months ago
  • NURANƏ
    Salam. Mən də 30 man üçün müraciət etdim, amma mənə pul verilmədi. Oğlum ikinci qrup əlildir (əslində birinci qrupdur), yoldaşım aliment ödəmir, ümumiyyətlə tapılmır, iki uşağa tək baxıram. Uşaq ağır autizmli olduğuna görə işləyə də bilmirəm. Yoldaşı yanında olan, işləyən adamlar pulu aldılar, mənə isə imtina etdiniz. Nəyə görə?
    5 months ago
  • SAHİLƏ
    Salam mənim uwaqim 3cù qrup əlildir duwmur 30manat hec yerdan galirim da yox pensiyasini yeni duzəltdirmiwəm
    5 months ago
  • Kərimova kubra
    Bu 30 manat əlilərə veriləcək puldan niyə vermədilər mən də qardaşım dayazılduğ aldadılar Allah bunu götürməz axı
    5 months ago
  • Seymur
    Salam alekum mən 3qurup əliləm gözdən 30 manati biz haçan alaciq bilməy istəyirəm
    5 months ago
  • Nurəddin Əsədov
    Mən ikinci qrup əliləm işləmirəm mənə 30 manat yardım düşür?
    5 months ago
  • Abasova Dilarə Əslan qızı
    Salam..mən 2 ci qrup əliləm..yoldaşimda rəhmətə qedib..mene 30 manat verilecek?
    5 months ago
  • Zülfü
    Zülfü Abbasov
    5 months ago
  • Nemət imanov
    30 manat birdəfəlik yardım üçün müraciət edirem
    6 months ago
  • Rəhim
    2 qrup əliləm mənə 30manat müavinət düşəcək ?
    6 months ago
  • Abbasov Abbas Fərman oğlu
    Abbasov Abbas Fərman oğlu 25.10.1968. 1 ci qrup əlil
    6 months ago
  • Hüseynova Husniye
    3cu qrup əliləm yəqin bu il 30 manatı verərlər
    6 months ago
  • Hüseynova Husniye
    3 cu qrup əliləm yəqinki mənədə düşər hər il gedirəm deyirlər verə bilmərik yəqin öz ciblərinə qoyurlar
    6 months ago
  • Azadə
    2 övladım 3 qrup əlildir heç yerdə işləmirəm bilmək istəyirəm bizim uşaqlara təyin olunur
    6 months ago
  • Sevinc
    Onlayin nece kecmek olur komeklik ederdiz
    6 months ago
  • Fidan Allahverdiyeva Ramin Qızı
    Salam zəhmət olmasa mənə köməklik göstərəsiniz. Qızım Fidan Allahverdiyeva Ramin Qızı. Birinci qurup gözdən əlildi bilmək istəyirəm 30 azn düşürmü və necə əldə edə bilərəm.
    6 months ago
  • Ayxan
    2ci qrup əliliyə düşür?
    6 months ago
  • Tarama Cavadova
    Mən 2-ci qrup əliləm. müraciət etdim. Məlum oldu ki, hazırda işlədiyim üçün müavinət mənə düşmür. Yəni işləməyən əlillər ildə bir dəfə bu yardımdan faydalana bilərlər.
    6 months ago
  • ELŞƏN
    Salam 2 ci qurup əliləm mənə düşür yardım?
    6 months ago
  • Ağalar
    2-ci qrup əlillərə yardım düşür?
    6 months ago
  • velizade.fidan@list.ru
    Əlilliyə görə müavonat alanlara düşür?
    6 months ago
  • Kerim
    Salam mən 2 qurup elilem
    6 months ago
  • Simare
    Salam men 3cu qrup elilem islemirem.aile veziyyet durumumuz asagidir.Xahis edirem mene de yardim vererdiniz
    6 months ago
  • Atlıxan Bayamov
    ikinci qrup qarabaq əlli
    6 months ago
  • Elnure
    Salam mənim qızım İbrəhimova Əsnayə əlildir mən necə ala bilərəm ? Hara müraciət etməliyəm?
    6 months ago
  • G
    30 manata 30dene bitde dusmur
    6 months ago
  • Kərimova Kubra Yunis Qızı
    Mənim də 2 ci qurup əlilliyim var mənə də düşürmü 30 azn
    6 months ago
  • Salman
    Salam, mən ikinci qrup Qarabağ müharibəsi əliliyəm
    6 months ago
  • ibayət
    ibayət
    6 months ago
  • Ruslan
    30 manat 3 günlük siqaret puludu,nə biyabırçılıqdı axı?Onuda hələ hamiya vermiyəcikzad əşşi bu ölkə nazirlər düzələn deyil .... nəysə????????‍♂️
    6 months ago
  • Vüqar
    Utanıb ölürsünüz ƏƏSMN və DSMF.Utanmaz utanmaz deyirlər ki, bu bütün əlilləri əhatə etməyəcək.Əlil yəni ehtiyacı olan şəxs sayəlırsa necə ola bilər ki, hamıya şamil edilməsin.Əgər 30 manat puluda bu əlilə,zəlilə çox görürlərsə,nəyə və kimə lazımdır bu təşkilatlar.100 milyonları talayıraraq,xalqın cibinə girməklə məşğul olan məmurlar,30 manat kiçik məbləğidə bu xalqa zülm etməklə vermək istəyirlər.
    6 months ago
  • Refiqe
    Salam mən. Aile başçısı itirdiyime görə pensiya alam mənə düşə bilər
    6 months ago
  • Gulnare Memmedova
    Salam yazib size bildiriremki ozum ve iki usaqim ikinci qrup elildi yoldasim yoxdu usaqlara ozum baziram zehmet olmasa menede yardim eli uzadasiniz
    6 months ago
  • AZE
    30 manat yardım verib xalqın gözün bağlamaqdansa verilən müavinət qaldırmaq daha üstündü.. 3cü qrup verilən müavinət gülünc dərəcədədi.. istəmirəm mənə çatan yardım qoyun cibinizə xərcliyin Allah tapşırıram mənim haqqım yeyənləri..
    6 months ago
  • Seyid
    Salam bunu elə şişirdmisiz ki 30 manat 30 manat an kasıb əlil neynəsin yaxşıkı böyük məbləğ deyil yoxsa alan şəxsin anasını ağladarsız nazir alır 10000 min 30 manat isə onun üçün nəzir puludu
    6 months ago
  • Ceyhun
    mən işləmirəm gözdən əliləm mənə düşür zəhmət mənə deyərdiniz
    6 months ago
  • Günay Məmmədova Dadaş qızı
    Uşaqıma təqaüd alıram əlilər gününə 30 manat yardımı necə əldə edə bilərəm
    6 months ago