30 nəfəri aldadan dələduzun məhkəməsi başlayır   - Foto

saytların hazırlanması

Evə çatdırılma

30 nəfəri aldadan dələduzun məhkəməsi başlayır - Foto

Kriminal

23 Aprel 2020 17:27 1143


Quba rayonu ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin məhkəməsi başlayır. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2-ci ( dələduzluq- təkrar ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Sultanov Nəsrulla Amani oğlunun cinayət işi baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib. Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində on səkkiz vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub.  pizza mizza

Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəmişdir. İstintaq vaxtı isə zərərəçəkənlərin sayı demək olar ki, 2 dəfə artıb. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!