30 yaşlı futbolçuya 50 milyonluq təklif

saytların hazırlanması

Evə çatdırılma

30 yaşlı futbolçuya 50 milyonluq təklif

İdman

06 Fevral 2024 14:03 743


"Əl-Nəsr" “Mançester Yunayted”in müdafiəçisi Rafael Varanı heyətinə qatmağı planlaşdırır. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Səudiyyə Ərəbistanı təmsilçisi artıq 30 yaşlı futbolçuya müqavilə təklif edib. Transfer reallaşacağı halda Varan illik 50 milyon funt-sterlinq maaş alacaq. 

30 yaşlı Varan bu mövsüm "Mançester Yunayted"in əsas heyətində kifayət qədər oyun şansı qazanmır. Üstəlik, klub müdafiəçinin müqaviləsini bir mövsümlük uzatmaq variantını aktivləşdirməkdən imtina edib.   Marqarita pizza

Əlavə edək ki, Varan bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 21 oyuna çıxıb və 1 qol vurub. 

Qeyd edək ki, məşhur futbolçu Kriştiano Ronaldo da "Əl-Nəsr"in formasını geyinir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!