300 bal toplayan Sona bu universitetdə oxumaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

300 bal toplayan Sona bu universitetdə oxumaq istəyir

Sosial

12 Aprel 2025 12:32 640


Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib.

“Yeni Sabah” məlumatına görə, təəssüratlarını AZƏRTAC-la bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır: “Gecə-gündüz yatmırdım, oxuyurdum. Əzmlə çalışırdım və bu gün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir”.

Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb: “Mənim üçün çətin fənn olmayıb. Dərslərə hər gün gedirdim, məktəbdə verilən biliklər mənə çox kömək etdi”. Dördpendirli pizza

Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini seçmək fikrində olduğunu deyib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanınınə nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!