300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Sosial

24 Avqust 2019 10:39 1355


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. 

Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, ötən dövrdə burada 1450-dək uşağa bərpa müalicəsi xidmətləri göstərilib. Onlardan 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır. 

Müəssisədə uşaqlara dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir.  Pepperoni pizza

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta  qədər müəssisədə 1450-dək uşağa  reabilitasiya xidmətləri göstərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!