32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verilib 

saytların hazırlanması

Evə çatdırılma

32 milyonluq tender 20 manat kapitalı olan şirkətə verilib 

İqtisadiyyat

02 Fevral 2021 07:38 988


Şirvan şəhərində qeydiyyatdan keçmiş və nizamnamə kapitalı 20 AZN olan "Sevinc-96" MMC 2021-ci ilin yanvarında 32,14 milyon manatlıq 10 tenderdə qalib gəlib. 

Ən böyük tender müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır. Qeyd edək ki, adıçəkilən şirkət 2020-ci ilin noyabrında MMC statusu alıb.

Mətbuatda yer alan məlumatlara görə, şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haciyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsusdur. Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanır. /"AzPolitika.info" pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!