32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb - Fotolar

Sosial

14 Sentyabr 2019 08:43 1039


Qusarda 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb. 

Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir.  pizza hut

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.  

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!