“3+3” formatında növbəti görüşün tarixi və yeri hələ müəyyən edilməyib.
"Yeni Sabah" sputnik rmenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasın təşkili bir neçə aydır müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirir. pizza mizza
Nazirlik xatırladıb ki, əvvəlki görüşün yekunları üzrə regional məsləhət platformasının iştirakçıları növbəti 2 görüşün İrəvan və Bakıda keçirilməsinin vacibliyi ilə bağlı qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəliblər.
“Bununla bağlı konstruktiv müzakirələr davam edir”, - XİN aydınlıq gətirilib.
Telegram kanalımız