35 saylı dairənin sədri istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

35 saylı dairənin sədri istefa verdi

Hadisə

24 Yanvar 2020 19:34 1386


Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.

"Yeni Sabah" xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İ.Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib.

İ.Hüseynəliyev Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə  fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.” pizza sifarişi

Qeyd edək ki, sözügedən seçki dairəsində  əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni” Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!