35 yaşlı kişinin üzərinə benzin töküb yandırdılar

saytların hazırlanması

Evə çatdırılma

35 yaşlı kişinin üzərinə benzin töküb yandırdılar

Kriminal

27 May 2020 16:04 966


Xaçmaz rayonunda 35 yaşlı kişi üzərinə benzin tökülərək yandırılıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonu, Uzunoba kənd sakini 1974-cü il təvəllüdlü Kərimov Vüsal Ağarəhim oğlu aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1985-ci il təvəllüdlü Yusifov Nəriman İbrahimşah oğlunun üzərinə benzin tökərək yandırıb. Ağır yanıq xəsarətləri alan N. Yusifov Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.  pizza sifarişi

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!