Koronavirus pandemiyası ilə mübarizə tədbirləri və bu virusun kütləvi insan ölümlərinə səbəb olması XVII ərs Avropasını xatırladır.
Yenisabah.az xəbər verir ki, 17-ci əsrdə Avropanı cənginə alan vəba xəstəliyi tarixin yaddaşında silinməz izlər buraxıb.
Lakin İngiltərənin Eyam şəhəri hər şeyə baxmayaraq, xarici mühitlə əlaqəsini kəsməsi və kəskin karantin qərarı ilə çox insanın həyatını vəbadan xilas etməsi ilə yadda qalıb. pizza mizza

Eyam şəhərinin sakinləri ağır olsa da, 1665-1666-cı illərdə kəskin karantin qərarı ilə evdən çölə çıxmayıblar və beləliklə vəbanın yayılmasının qarşısını alıblar. Belə ki, paytaxt Londondan gətirilən qumaşların arasındakı birələr hesabına yayıldığı düşünülən xəstəliyin ölkənin şimalına yayılmasının qarşısını almaq üçün şəhər sakinləri özlərini 6 aylıq karantinə alıblar. Karantin çərçivəsində ölkəyə giriş-çıxışların qadağan edilməsi, ehtiyac olan məhsulların şəhər xaricində saxlanılması və ödəniləcək maddi vəsaitlərdən xəstəlik yoluxmasın deyə, onları sirkədə saxlamaq qərara alınıb. Xəstəlik bitəndən sonra 700 nəfər əhalisi olan şəhərin 250-dən artıq sakini həyatını itirmişdi. Elizabet Henkok adlı qadının 8 gün ərzində həyat yoldaşı və 6 övladı bu xəstəlikdən dünyasını dəyişib.

Xəstəlik yayılan zaman qəbul edilən qərara əsasən, hər ailə ölən üzvünü özü dəfn etməli idi. Buna görə də Elizabet Henkok 7 qəbri tək qazmalı olub. Bütün bunlara baxmayaraq, Eyam şəhərinin aldığı tədbirlər uğurlu olmuşdu. Beləliklə, Londonda on minlərlə insanın ölümünə yol açan xəstəlik nəzarət altına alınmışdı. Eyam sakinlərinin özlərini fəda edərək aldığı qərarlar sayəsində vəbanın Bakevell, Mançester, Şeffeld kimi şəhərlərə yayılmasının qarşısını alıblar. Hazırda üzərindən 350 il keçməsinə baxmayaraq, Eyam şəhərinin vəba ilə mübarizəsi bu gün koronavirusla mübarizədə nümunə kimi göstərilir. Eyamlılar fədakarlıq göstərən keçmiş həmşəhərlilərini yad etmək üçün xəstəliyin yayılmasının 200-cü ilindən- 1866-cı ildən bu yana hər il avqust ayının son bazar günü bir yerə yığışırlar. /Cəbhə.info
Telegram kanalımız