36 min manatlıq ziyan vurulmasına görə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

36 min manatlıq ziyan vurulmasına görə cinayət işi açıldı

Maraqlı

11 Aprel 2023 16:10 662


Ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanıb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublika tabeli şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.  Marqarita pizza

Araşdırmalar zamanı Xaçmaz, Bərdə və Bakı şəhərinin Suraxanı rayonu ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 42 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 36 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!