36 yaşlı Elvin Kurskda itkin düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

36 yaşlı Elvin Kurskda itkin düşdü - Foto

Hadisə

28 Fevral 2025 01:46 649


Həmyerlimiz Elvin Nuriyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun Rusiyanın Kursk vilayətində gedən döyüşdə itkin düşdüyü bildirilir.

Elvinin atasının sözlərinə görə, ötən ayın 20-də onların olduğu mövqe pilotsuz uçuş aparatı (PUA) ilə vurularkən ölən yaralananlar olub və həmin tarixdən sonra oğlundan bir xəbər yoxdur. Pepperoni pizza

Qeyd edək ki, əslən Lənkərandan olan Elvin Əlimusa oğlu Nuriyev sonradan ailəsi ilə Biləsuvarın Xırmandalı kəndinə köçərək orada yaşayıb. O, 10 il öncə Rusiyanın Tabolsk şəhərinə köçübmüş.

Elvin Rusiya vətəndaşlığını aldıqdan 3 ay sonra müharibəyə aparılıb.

1989-cu il təvəllüdlü E. Nuriyev ailədir, iki övladı var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!