362 nəfər könüllü qan verib

saytların hazırlanması

Evə çatdırılma

362 nəfər könüllü qan verib

Sosial

05 İyul 2025 12:06 329


Azərbaycanda Aşura Günü münasibətilə könüllü qanvermə aksiyası davam edir. Səhər saatlarından etibarən paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində vətəndaşlar aksiyada fəal iştirak edirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, saat 10:00-a olan məlumata əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib. Həmin şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.

Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə təşkil edilib. Qanvermə məntəqələrinə 23 məscid və ziyarətgahla yanaşı, 15 tibb müəssisəsi də daxildir. Sezar pizza

Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edir.

Qeyd edək ki, aksiya Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!