“364 gün həyatını zəhərə döndər, sonra isə Sevgililər Günü...“

saytların hazırlanması

Evə çatdırılma

“364 gün həyatını zəhərə döndər, sonra isə Sevgililər Günü...“

Maraqlı

14 Fevral 2022 11:43 1858


14 fevral Müqəddəs Valentin günü, yəni sevgililər günü kimi qeyd olunur. Bu günün xüsusi bir gün olduğunu düşünüb qeyd edənlər də var, etməyənlər də.

Sevginin günü olmalıdır, yoxsa hər günümüzü sevgi dolu yaşamalıyıq?

Tanınmış yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında sevginin yaşı olmadığını bildirib: Marqarita pizza

"Mən, başqa biri, heç Füzuli də sevgi üzrə mütəxəssis sayıla bilməz. Çünki sevgi başqa aləmdir. Sevgi mütəxəssisi olmasam da biraz anlayışım var. 76 ildə mən də nələrsə görmüşəm. Kim deyir ki, sevgi ancaq cavanlara aiddir, həmin adamın heç sevgi haqda təsəvvürü yoxdur. Bilmir ki, sevgi nədir.

Sevgi yaşla deyil, ölənə qədər var. Allaha yaxın olanlar ölümə yaxın olduqları anda ölümü belə sevirlər. Azərbaycan xalqı üçün bunu təsəvvür etmək biraz çətindir.

Bu səbəbdən sevgi yaşla, başla deyil. Ürək məsələsidir. 365 gün içərisində 1 günü sevgililər günü kimi qeyd etmək yalnışdır.

Sevgi sözünü eşidən kimi iki insan arasında olan sevgi ağlımıza gəlir. Lakin iki insan arasında olan sevgi kosmik anlamda olan sevginin buğda boyda olan hissəsidir. Sevgi kosmik bir məntiqdir. 365 günün 364 gününü sevdiyin insanın həyatını zəhərə döndər, bir günü sevgililər günü kimi qeyd et. Bu biraz gülməli çıxır. Ümumiyyətlə bu xüsusi günlər sevgililər günü, polislər günü, gömrükçülər günü və s. bunlar çox mənasız günlərdir".

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!