Avro-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasına yeni futbolçu çağırılıb.
Yenisabah.az Avstriya millisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Zalsburq”un kapitanı Andreas Ulmer heyətə dəvət edilib.
Komandada bir neçə zədəli futbolçu olduğundan baş məşqçi Ralf Ranqnik 37 yaşlı müdafiəçiyə dəvət göndərməli olub. pizza mizza
Xatırladaq ki, Filip Linxart, Matias Honsak və Marko Arnautoviç zədə səbəbindən Avstriya millisinin düşərgəsini tərk edib.
Avstriya – Azərbaycan matçı martın 24-də keçiriləcək.
Telegram kanalımız