370 ağacın kəsilməsi ilə bağlı cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

370 ağacın kəsilməsi ilə bağlı cinayət işi açıldı 

Maraqlı

11 May 2023 16:53 755


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. 

Bu barədə Yenisabah.az-a Baş Prokurorluqdan məlumat verilib. 

Araşdırmalar zamanı İsmayıllı, Qəbələ, Lerik və Bakı şəhərinin Nəsimi rayonu ərazisində ümumilikdə 370 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan çox ziyan vurulması müəyyən edilib.  pizza mizza

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!