370 şəhid vərəsəsinə 11 min manat veriləcək  - Nazirlikdən qərar

saytların hazırlanması

Evə çatdırılma

370 şəhid vərəsəsinə 11 min manat veriləcək - Nazirlikdən qərar

Sosial

31 İyul 2019 07:47 1201


Bu vaxta qədər 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Yeni Sabah"a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Sezar pizza

Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!