“38 yaşıma qədər oynasaydım, Ronaldodan daha yaxşı olardım”

saytların hazırlanması

Evə çatdırılma

“38 yaşıma qədər oynasaydım, Ronaldodan daha yaxşı olardım”

İdman

19 Avqust 2023 09:27 828


"Milan"ın və Niderland millisinin sabiq üzvü Marko van Basten məşhur oyunçu, hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, o, özü ilə portuqaliyalı forvardı müqayisə edərək maraqlı fikirlər səsləndirib: 

“İndiki oyunçulardan hansı mənə bənzəyir? Kriştiano Ronaldo buna yaxındır. Amma fiziki cəhətdən daha güclüdür. Onun 38 yaşı var və hələ də oynayır. Amma 38 yaşıma kimi oynasam, nə olacağını görmək istərdim. Düşünürəm ki, Ronaldodan daha yaxşı olardım”. pizza mizza

Qeyd edək ki, Van Basten “Ayaks”da 172 oyunda 152 qola, “Milan”da isə 201 matçda 125 qola imza atıb. Hücumçu 31 yaşında xroniki zədə səbəbindən karyerasını başa vurub.

38 yaşlı Ronaldo isə Səudiyyə Ərəbistanının "Əl-Nəsr"inə keçdikdən sonra 25 matçda 20 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!