39 min aliment borcu yaranan ata məhkəmə zalında həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

39 min aliment borcu yaranan ata məhkəmə zalında həbs olundu

Sosial

04 İyun 2025 13:42 286


Bakıda 39 min manata yaxın aliment borcu yaranan şəxs həbs edilib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə 37 yaşlı Salyan sakini boşandıqdan sonra arvadına 411 manat aylıq aliment ödəməli olub. Lakin o, icra məmurlarının dəfələrlə etdiyi xəbərdarlıqlara və tətbiq olunmuş inzibati cəzalara baxmayaraq, ümumən 38 min 139 manat məbləğində aliment borcunu ödəməyib.

Salyan sakini məhkəmədə özünü təqsirli bilməyib və bildirib ki, hazırda sürücü işləyir, aylıq gəliri 466 manatdır və maaşının 70%-i aliment kimi tutulur. O, uzun müddət həbsdə olması borcun toplandığını və maddi imkansızlıq ucbatından ödəniş edə bilmədiyini deyib. pizza mizza

Lakin məhkəmə onun arqumentlərini əsaslı saymayaraq, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qəsdən icra etməmə) ilə təqsirli bilib və ona 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verib. 

Məhkəmə həmçinin onun barəsində əvvəllər seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbirini "həbs" ilə əvəz edib və şəxs məhkəmə zalından dərhal həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!