39 yaşlı İbrahimoviç bunu da bacardı

saytların hazırlanması

Evə çatdırılma

39 yaşlı İbrahimoviç bunu da bacardı

İdman

22 Mart 2021 09:40 1316


"Milan"ın futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasında yeni rekord müəyyənləşdirib.

Yenisabah.az xəbər verir ki, isveçli hücumçu buna  28-ci turda "Fiorentina" ilə matçda (3:2) qol vuraraq nail olub.

Görüşün 9-cu dəqiqəsində hesabı açan İbrahimoviç bu mövsüm İtaliya çempionatında 15-ci matçında 15 qol vurub. O, buna 39 yaş 169 günlüyündə nail olub. Bu yaşda isə Zlatandan əvvəl heç kim A seriyasında bir mövsümdə 15 qol vura bilməyib. Dominos pizza

Qeyd edək ki, "Milan"ın İbrahimoviçlə bu mövsümün sonu başa çatacaq müqaviləni yeniləyəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!